“Azərsu” ASC dəyəri 1 milyon 605,2 min manat həcmində müəyyənləşən açıq tenderinə yekun vurub.

İqtisadiyyat.az-ın dövlət elektron satınalmalar portalından əldə etdiyi məlumata əsasən, tenderin qalibi “İzolbeton” MMC olub.

Belə ki, bağlanmış müqavilə əsasında izolyasiya və hidroizolyasiya işlərinin satın alınması şirkətə həvalə olunub.