"Azərişıq" ASC Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi (1), eləcə də Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün elektrik təchizatının yaradılması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

İqtisadiyyat.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibi müvafiq olaraq "Azconstruction" QSC və "Dizayn İnşaat Group" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 9 984,985 min manat və 8 097,8 min manat, ümumilikdə isə 18 082,8 min manat ödəniləcək.