"Apardığımız hesablamalara görə, Ermənistan işğal altında saxladığı Azərbayucan ərazilərinə hər il 300-400 milyon ABŞ dolları xərcləyirdi".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Bununla belə, onun sözlərinə görə, bu xərcləmələr heç bir effekt verməyib: “Ermənistanın vaxtilə işğal altında saxladığı təxminən 12-13 min kvadrat kilometrlik ərazi bu ölkəyə yük idi. Amma bizə iqtisadi aktivliyi canlandırmaq üçün əlavə stimul idi. Azərbaycanın digər regionlarında fiskal multiplikator aşağı düşsə də Qarabağ və Şərqi Zəngəzurda bu göstərici artır. Ölkə prezident Naxçıvanla bağlı da xüsusi proqram təsdiq edib. Mən eyni effekti orada da gözləyirəm. Bu, dövlət başçısının müdrik siyasətinin nəticəsidir", - deyə o qeyd edib.

"İşğaldan azad edilmiş ərazilərə gedənlər görüb ki, hər şey dağıdılıb. Məncə multiplikator effekti çox vacib məsələdir. Ona görə də məhz bu 3 region üçün istehsal potensialı sərhədini artırırıq. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan üçün müsbət multiplikator öz sözünü deyəcək.Digər ərazilərlə bağlı isə mən bunu düşünmürəm. Hesab edirəm ki, orada başqa bir yanaşma tətbiq edilməlidir”, - deyə V.Qasımlı əlavə edib.