Ankara və Kiyev Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı konfrans keçirməyə hazırlaşır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra deyib.  

"Biz Türkiyədə ərzaq təhlükəsizliyi və naviqasiya azadlığı mövzusunda konfrans keçirməyə hazırlaşırıq", - Ərdoğan qeyd edib. 

Bundan əvvəl, Türkiyə tərəfinib verdiyi məlumata görə, Türkiyə Prezidenti NATO sammiti çərçivəsində Vaşinqtonda Zelenski ilə görüşdə Ankaranın taxıl sazişinin bərpası üzrə işə başladığını və münaqişənin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.