Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti, eləcə də qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

"Qarşıdurmanın daha da genişlənməsinə səbəb ola biləcək yüksək risklər, eləcə də qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifələri nəzərə alınmaqla, Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətə diqqət yetirilib", - nazirlik bildirib.