Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ilk dəfə NATO-nun illik nüvə təhlükəsinin qarşısının alınması üçün keçirilən "Steadfast Noon" təlimində iştirak edə bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Yle" telekanalı məlumat yayıb.

Təlim oktyabrın 14-dən 24-dək Böyük Britaniya, Danimarka və Hollandiyanın hava məkanında keçiriləcək.

Finlandiya Prezidentinin Ofisi və Müdafiə Nazirliyi mövzu ilə bağlı şərh verməkdən imtina edib. NATO bildirib ki, manevrlərdə iştirak edənlərin siyahısı daha sonra açıqlanacaq.