Naxçıvan şəhərin küçələrinin işıqlandırılması 2 milyon manata başa gələcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti hazırlıqlara başlayıb.

ŞİH küçələrin işıqlandırılması üçün hündürlüyü 11 metr olan 650 ədəd başlıqları ilə birlikdə işıq dirəyi alır.

Bundan əlavə, 300 ədəd isə işıq dirəklərinin başlığı sifariş edilib.

Naxçıvan ŞİH sözügedən malların alışının ümumilikdə 1.989.470 manata başa gələcəyini ehtimal edir.