Corciya ştatının Uinder şəhərində məktəbdə atışma nəticəsində 4 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə əraziyə  polis əməkdaşları göndərilib.

Telekanal şübhəlinin həbs edildiyini bildirib. Onun bu məktəbin şagirdi olub-olmadığı məlum deyil.

Hadisə yerində beş təcili yardım maşını gəlib və yaralılardan birinin vertolyotla xəstəxanaya yerləşdirilməsini tələb edib. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. Federal Təhqiqatlar Bürosu əməkdaşları yerli hüquq-mühafizə orqanlarına yardım edir.

***

20:52

Corciya ştatının Uinder şəhərində orta məktəbdə atışma baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər var, onların sayı dəqiqləşdirilməyib.

Qeyd edilib ki, cinayətkar artıq saxlanılıb.