"Ankara taxıl sazişinin bərpası üzrə işə başlayıb və Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüslərə hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib. 

Görüşdə Ərdoğan bəyan edib ki, Türkiyə ədalətli sülhün bağlanması və Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası üçün işə başlamaqla Ukrayna-Rusiya müharibəsinə son qoymaq səylərini davam etdirir.

Prezident Ərdoğan həmçinin Türkiyənin vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.