ABŞ-da 1986-cı ildə hədiyyə kimi alınaraq şkafda unudulmuş əfsanəvi “Super Mario Bros.” oyununun bir nüsxəsi hərracda 660 min dollara satılıb.

Bu barədə xarici mətbuatda məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl oyunun 1987-ci il versiyası hərracda 114 min dollara satılmışdı.

“Super Mario Bros.” bazara 1985-ci ildə çıxıb. Oyunun bütün dünyada 50 milyon nüsxəsi alınıb.