“Samsung” şirkəti ən yeni elektronikasının təqdim olunduğu ənənəvi “Samsung Unpacked”ın rəsmi tarixini açıqlayıb.

Bu il tədbir 11 avqust tarixində baş tutacaq. İştirakçılara göndərilən dəvətnamənin mətni “Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” qatlanan smartfonlarının göstəriləcəyinə işarə edir.

Eyni zamanda şirkətin “Galaxy Watch 4” smart saatları təqdim edəcəyi gözlənilir.

Yeni cihazların qiyməti barədə məlumat verilmir.