Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Xorvatiyanın "Slaven" klubu ilə qarşılaşan "atlılar" 1-0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu Musa Qurbanlı vurub.

Qeyd edək ki, "Qarabağ" bu gün ikinci yoxlama oyununu saat 20:00-da "Al Şabab" klubuna qarşı keçirəcək.