Dövlət Gömrük Komitəsi Müdafiə Sənayesi Nazirliyinin “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, DGK MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hazırda protokol hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılır.

Protokol tərtib olunan maddədə deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -[494]  vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.