Latviya iyulun 16-dan etibarən Belarusda qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İyulun 16-sı saat 00:01-dən etibarən Belarus Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələri - minik avtomobilləri olan şəxslərin Latviya-Belarus və Latviya-Rusiya keçid məntəqələri vasitəsilə Avropa İttifaqına daxil olması qadağandır”, - deyə məlumatda bildirilir.

Məlumatda, həmçinin qeyd olunub ki, bu giriş qadağası diplomatik və konsulluq nümayəndəliklərinin, o cümlədən nümayəndə heyətlərinin hərəkəti üçün nəzərdə tutulan avtomobillərə şamil edilməyəcək.

Bildirilir ki, bu tədbir sanksiyalardan yayınma risklərini azaltmaq məqsədi daşıyır.

 

Sadiq Cavadov