Macarıstanın Baş naziri Viktor Orban Ukrayna, Rusiya və ABŞ-yə səfər etdikdən sonra Avropa İttifaqından (Aİ) olan həmkarlarına Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri çatdırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin müşaviri Balaz Orban məlumat verib.

“Danışıqların birinci mərhələsinin nəticələri, sülhməramlı missiya və Macarıstanın təklifləri barədə Avropa Şurasının liderlərini yazılı şəkildə məlumatlandıran Baş nazir öz qənaətlərini bölüşüb”, - müşavir bildirib.

Balazs Orbanın sözlərinə görə, Macarıstanın Baş nazirinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planı hazırda Aİ ölkələrinin hər bir hökumət başçısı tərəfindən nəzərdən keçirilir.

Balazs Orban Avropa dövlətlərini Ukrayna münaqişəsini həll etməyə çalışırlarsa və sülh prosesində həlledici rol oynamaq istəyirlərsə, onları siyasətlərinə yenidən baxmağa çağırıb.

 

Sadiq Cavadov