Azad olunmuş Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb binasının inşasına başlanılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hazırlıqlara başlayıb.

Hazırdkı mərhələdə məktəb binasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə start verilib.

Nazirlik layihə-smeta sənədlərinin hazırlanması işlərini “Sosial-İnkişaf Layihə” MMC-yə həvalə edib.