“Vəziyyət gərgin olaraq davam edərsə, hökumət avqust ayında benzinin ixracına qoyulan qadağanın ləğvini uzatmaya bilər. Sentyabrda benzinin ixracına qadağa qoyulması məsələsini müzakirə etmək hələ tezdir”.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qafqaz İnvestisiya Forumu çərçivəsində jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Biz keçən həftə yanacaq bazarındakı vəziyyətlə bağlı görüş keçirdik. Prinsipcə, vəziyyət gərgin olarsa, biz icazənin müddətini yalnız iyulun sonuna qədər uzatmayacağıq”, - o bildirib.

Xatırladaq ki, 2024-cü il martın 1-dən Rusiyadan benzin ixracına qadağa qüvvəyə minib. Cəmi iki aydan sonra bu qadağa ləğv edilib. İyul ayında isə Rusiya hökuməti benzinin ixracına icazəni uzadıb.