Qlobal ət sektorunun dəyəri 2021-ci ildə 897 milyard ABŞ dolları dəyərində olub və 2027-ci ilə qədər bu göstəricinin 1.3 trilyon dollara qədər artacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az qlobal ət sektoru ilə bağlı dünya statistikasının materialları əsasinda araşdırma aparıb.

Araşdırmalara görə, 2016-cı ildən 2020-ci ilə qədər dünyada ət istehsalının həcmi cüzi artıb - 317,2 milyon tondan 328 milyon tona qədər. Həmin dövrdə donuz əti və quş əti çəki baxımından ən çox istehsal edilən iki ət növü olub. 2022-ci ildə təqribən 72 milyon ton istehsal həcmi ilə mal və dana əti üçüncü yerdədir.

ABŞ 2020-ci ildən etibarən mal və dana əti istehsalı üzrə dünyanın aparıcı istehsalçısıdır. Həmin il ABŞ-də mal əti istehsalı 12,4 milyon ton təşkil edib. 2022-ci ildə ABŞ 9,3 milyard dollar dəyərində ixracatla dünya miqyasında ən böyük mal əti ixracatçısı olub, onu 8 milyard dollarla Almaniya izləyib.

Bəs dünyada ət sektorunun dəyəri nə qədərdir?

İl

Dəyəri

2021

897 milyard dollar

2022

961,1 milyard dollar

2023

1 trilyon dollar

2024

1,1 trilyon dollar

2025

1,1 trilyon dollar

2026

1,2 trilyon dollar

2027

1,3 trilyon dollar

 

Gözəl Həşimova