Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub.

İqtisadiyyat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.