Fransa Ukraynaya qoşun yeritsə, fəlakətli hərbi itkilərlə üzləşəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri TASS müxbiri ilə söhbətində keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin müfəttişi Skot Ritter 2024-cü ilin martında Fransa hərbi kontingentinin Ukraynaya göndərilməsinin planlaşdırıldığı barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatlarını şərh edərkən bildirib.

"Onları fəlakətli itkilər gözləyəcək. Fransa əsgərləri cəsəd çantalarında geri qaytarmağa başlayanda, o, ciddi bir seçim qarşısında qalacaq: ya uğursuzluğu etiraf edib geri çəkilmək, ya da ikiqat itki ilə daha çox qoşun göndərmək", - Ritter qeyd edib.