Renault şirkəti Logan modelini əvəz edəcək Taliant sedanı ilə bağlı yeni detalları açıqlayıb.

Markanın Türkiyə nümayəndəliyi yeni sedanın interyerini və eksteryerinin bəzi detallarını göstərərək, onun ümumi ölçülərini açıqlayıb. Türkiyə üçün nəzərdə tutulmuş Renault Taliant modelinin salon arxitekturası yeni Dacia Logan sedanı ilə eynidir, lakin büdcə sedanları bəzi detallar ilə fərqlənirlər. Məsələn, Taliant modelinin baza versiyaları əl əyləcinin ənənəvi dəstəyini qorusa da, Avropada satılan bütün Logan modelləri standart olaraq elektromexaniki əl əyləcinə keçiblər.