2023-cü ilin oktyabr ayından Qəzza zolağının sakinləri üçün Misirə 700 min tondan çox humanitar yardım çatdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al-Youm as-Sabia” portalı məlumat yayıb .

Məlumata görə, son doqquz ay ərzində Misir hakimiyyəti 27 mindən çox yük maşını vasitəsilə 655 min 520 ton humanitar yardım alıb.

Eyni dövrdə Qəzza ilə sərhədə yaxın yerləşən hava limanına 17 min ton yardım çatdırılıb. Beləliklə, ümumilikdə ötən ilin oktyabrından Misirə ən azı 707 025 ton humanitar yardım gedib.

 

Gözəl Həşimova