Çindəki ləng iqtisadi artım fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 37 sent və ya 0,48% ucuzlaşaraq 77,15 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 28 sent azalaraq 73,55 dollara enib.

 

Gözəl Həşimova