Kəlbəcər rayonunda yenidənqurma işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, rayonun Zallar, Yanşaq və Çaykənd kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətlərinin çəkilməsi işlərinə başlanılır.

"Azərişıq" ASC sözügedən işlərin icrasını "SMCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib.

İşlər 4,5 milyon manata başa gələcək.