Rusiya 2024-cü ilin yanvar-iyul aylarında təbii qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıraraq 334 milyard kubmetrə çatdırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosstat" məlumat yayıb. 

İyulda qaz hasilatı 42 milyard kubmetr təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 7,4%, 2023-cü ilin iyul ayı ilə müqayisədə isə 20,3% çoxdur.

2024-cü ilin yanvar-iyul aylarında mayeləşdirilmiş təbii qazın (LNG) hasilatı 19,6 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur. İyulda LNG istehsalı 2,3 milyon ton təşkil edib. Bu isə 2023-cü ilin iyul ayı ilə müqayisədə 1% çox, 2024-cü ilin iyun ayı ilə müqayisədə 9,1% azdır.

Yanvar-iyul aylarında səmt qazı hasilatı 3,2% artaraq 62,5 milyard kubmetrə çatıb.