Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəsissəsi inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə müəssisənin layihə-smeta sənədlərinin hazırlanacaq.

Basdırma (Landfill sanitary) üsulu ilə tullantılardan enerji alınması (əvvəlcədən çeşidləməklə) üçün 1 ədəd mərkəzi poliqonun və 1 ha sahələrdə 4 ədəd ötürücü məntəqə inşa olunacaq.

200 hektar sahəni əhatə edəcək müəssisədə elektrik enerjisi istehsalı obyektinin, mexaniki ayırma qurğusunun, inzibati binanın, qaz balonunun və bütün köməkçi qurğuların layihə-smeta işlərinin aparılması nəzərdə tutulur.