ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalaraq avqustun 23-nə 425,2 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. 

Departament aydınlaşdırıb ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 4% aşağı olub. 

Bakı vaxtı ilə saat 18:36-da Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 1,19% azalaraq 78,9 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri isə 1,14% azalaraq 74,8 dollar/barel təşkil edib.