Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində yazıb.
"Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.