Təbii qaz, əsasən metan qazı və digər karbohidrogenlərdən ibarət olan qalıq yanacaq növüdür. Qaz milyonlarla il ərzində istilik və təzyiq altında yığılmış bitki və heyvan qalıqlarından, həmçinin qum və lildən əmələ gəlir. Bu proses həmçinin kömür və neft kimi digər qalıq yanacaq növlərini də əmələ gətirir .

İqtisadiyyat.az-ın araşdırmasına əsasən, bu enerji mənbəyi Yer səthinin altındakı su anbarlarında tapılır.

2023-cü ildə qlobal təbii qaz hasilatı təxminən 4,08 trilyon kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə bir qədər azdır. ABŞ, Rusiya və İran dünyanın ən böyük təbii qaz istehsalçıları hesab olunur.

Araşdırmalara görə, 1998-ci ildən 2023-cü ilə qədər dünyada təbii qaz hasilatı bu səviyyədə olub:

İllər

Qaz hasilatının həcmi

1998

2,268 trilyon kubmetr

1999

2,328 trilyon kubmetr

2000

2,426 trilyon kubmetr

2001

2,483 trilyon kubmetr

2002

2,532 trilyon kubmetr

2003

2,623 trilyon kubmetr

2004

2,711 trilyon kubmetr

2005

2,790 trilyon kubmetr

2006

2,876 trilyon kubmetr

2007

2,941 trilyon kubmetr

2008

3,029 trilyon kubmetr

2009

2,934 trilyon kubmetr

2010

3,150 trilyon kubmetr

2011

3,258 trilyon kubmetr

2012

3,326 trilyon kubmetr

2013

3,366 trilyon kubmetr

2014

3,437 trilyon kubmetr

2015

3,511 trilyon kubmetr

2016

3,552 trilyon kubmetr

2017

3,676 trilyon kubmetr

2018

3,852 trilyon kubmetr

2019

3,976 trilyon kubmetr

2020

3,861 trilyon kubmetr

2021

4,109 trilyon kubmetr

2022

4,094 trilyon kubmetr

2023

4,081 trilyon kubmetr

 

Məlumata görə, Rusiya dünyada ən böyük sübut edilmiş təbii qaz ehtiyatlarına malik ölkədir. 2023-cü ilə qədər ölkənin 44,2 trilyon kubmetr həcmində təbii qaz ehtiyatları olub.

Sonrakı yerdə müvafiq olaraq 30 və 20 trilyon kubmetr ilə İran və Qətər gəlir. Buna baxmayaraq, ABŞ dünyanın ən böyük təbii qaz istehsalçısıdır . Belə ki, ABŞ ötən il təxminən bir trilyon kubmetr təbii qaz istehsal edib.

Qeyd edək ki, qlobal təsdiqlənmiş təbii qaz ehtiyatları 2023-cü ildə təqribən 206 trilyon kubmetr təşkil edib. 1960-cı ildən bəri kəşfiyyat və hasilat sənayesində davamlı artım məlum ehtiyatların ümumi həcminin on dəfədən çox artması və 2011-ci ildə 200 trilyon kubmetri ötməsi ilə nəticələnib. Yeni kəşflər və mövcud yataqların hərtərəfli qiymətləndirilməsi ilə ehtiyatlar hər il dəyişə bilər. Dünyanın təbii qaz ehtiyatlarının əksəriyyəti isə Yaxın Şərqdə yerləşir .