Almaniyanın "Mercedes-Benz" şirkəti ABŞ-da yanacaq nasosunda yaranan problemlərə görə 143 min avtomobilini geri çağırır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yollarının Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatında deyilir.

Məlumata görə, qərar "C-", "E-" və "S-" modellərinə, həmçinin 2021-2023-cü illər arasında istehsal olunan "GLC", "GLE" və "GLS" avtomobillərinə şamil edilir.

Əlavə edək ki, ötən il "Mercedes-Benz" əyləclərdə yarana biləcək problemlərə görə avtomobillərin böyük partiyasını geri çağırmaq məcburiyyətində qalıb.