Ötən ilin oktyabrın 7-dən bəri Qəzzada İsrail və HƏMAS arasında davam edən müharibə nəticəsində 16 min 314 uşaq həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin məlumatında deyilir.

Məlumata görə, Qəzzada 300 gündə 16 min 314 uşaq ölüb. Bildirib ki, hücumlarda 10 min 980 qadın həyatını itirib.

Bundan əlavə, müharibə nəticəsində Qəzzada 885 tibb işçisi həlak olub.

 

Gözəl Həşimova