Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri diplomatik kanallarla razılaşdırılmalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Türkiyə səfəri kifayət qədər uzun müddətdir hazırlanıb və yalnız diplomatik kanallar vasitəsilə tarixləri razılaşdırmaq qalır", - Peskov bildirib.