İranın keçmiş xarici işlər naziri Cavad Zərif strateji məsələlər üzrə vitse-prezident təyin edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Məlumata görə, müvafiq qərarı İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian imzalayıb. 

Qeyd edək ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsini tutub.