"Rusiya hərbçiləri 24 saat ərzində "Patriot" zenit-raket kompleksinin üç buraxılış məntəqəsini, Ukrayna əsgərlərini və döyüş sursatlarını daşıyan qatarları vurub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirir.

"Rusiya Silahlı Qüvvələri qruplarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksinin üç buraxılış meydançasını, pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzini və dəmiryol qatarlarını, şəxsi heyəti və döyüş sursatını vurub", - Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.