İsrailin şimalında bir neçə bölgədə hava hücumu sirenləri səslənərək, atəş təhlükəsi barədə xəbərdarlıq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda ​​həyəcan siqnalının hansı ərazilərdə elan olunduğu göstərilməyib. 

"The Times of Israel"in yazdığına görə, Qərbi Qalileydə bir neçə yaşayış məntəqəsi atəşə məruz qalmaq təhlükəsi ilə üzləşib.

Ordu günün birinci yarısında ölkənin şimalında iki dəfə hava hücumu xəbərdarlığı barədə məlumat verib, lakin sonradan hər iki halda həyəcan siqnallarının yalan olduğu açıqlanıb. 

"The Times of Israel" qeyd edir ki, bu dəfə söhbət Livandan mərmilərin atılmasından gedə bilər.

Hazırda bir sıra teleqram kanalları Hizbullahın İsrailə raketlər atdığı barədə məlumatlar yayır.