Avqustun 2-si HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyədə bir günlük matəm elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"də paylaşım edib.

"Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək məqsədilə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, - Ərdoğan qeyd edib.