Mercedes-Benz-in CEO-su Ola Kaellenius, iki böyük Çinli səhmdarın paylarını artırma ehtimalını istisna edib. 
Almaniyanın Handelsblatt qəzetinə müsahibəsində Kaellenius "Belə deyil. İnvestorlarımızla çox yaxşı və güclü əlaqələrimiz var.İki səhmdar, Baic və Geely-nin təsisçisi Eric Li, hər biri Alman avtomobil istehsalçısında 10%-ə sahibdir"-deyə qeyd edib. 

Mercedes-Benz-in baş qərargahının yerləşdiyi Baden-Vürtemberq əyalətinin rəhbəri Vinfrid Kretçman da Çinli investorlar tərəfindən satın alınma ehtimalını rədd edib.