“Megastore” supermarketlər şəbəkəsinin daha bir filialı Quba rayonunda açılıb.

5 min kvadrat metrlik ərazidə yerləşən Megastore supermarketi, minimum 60 min çeşiddə  məhsulun satışını həyata keçirən bölgənin ən böyük supermarketi olub.

Supermarketdə 250-dən çox vətəndaş işlə təmin edilib.

Qeyd edək ki, “Megastore Quba” filialı “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 78-ci filialı olaraq xidmətə başlayıb.