Eksklüziv idman avtomobilləri istehsalçısı “McLaren” yeni kabrioletini təqdim edib.

“McLaren 765LT Spider” modeli “Longtail” silsiləsindən olan yeni nümunədir.

28 saniyəyə sürətini 100 km/saata çatdıran, 765 at gücü olan mühərriklə təchiz edilən yeni kabrioletdən elə 765 ədəd də istehsal olunacaq.

Onun satış qiyməti isə 310 min funt-sterlinq (təxminən 733 min manat) təşkil edəcək.

Qeyd edək ki, artıq 2021-ci ildə istehsal ediləcək bütün modellər öncədən satılıb.