“Hazırda Azərbaycanda koronavirusa görə distant fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur”.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün təhsil müəssisələri ənənəvi qaydada fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, Azərbaycanda pandemiya səbəbindən 40 sinif və bir məktəbdə dərslər distant formada keçirilirdi.