Kiyev Şəhər Şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

“Bu gün Kiyev Şəhər Şurası Rusiya səfirliyi ilə torpaq icarəsi müqaviləsinə xitam verib. Həmçinin “diplomatik qurum”un əmlakının Ukrayna dövlətinin mülkiyyətinə qaytarılması üçün Ukrayna Nazirlər Kabinetinə müraciət edib”, - deyə o, teleqram kanalında yazıb.