Kanada Ukraynaya 28,9 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand Ramstein aviabazasında bildirib.

Onun sözlərinə görə, yardım paketinə snayper tüfəngləri, Leopard 2 tankı üçün radio sistemləri və digər sursatlar daxildir.