Türkiyənin zəlzələ baş verən Kahramanmaraş vilayətinin Pazarcık rayonunda fırtına nəticəsində bəzi binaların damları uçaraq ətrafdakı çadırları dağıdıb.

İqtisadiyyat.az-ın verdiyi xəbərə görə, bu barədə DHA Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.