Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) keçən həftə Qəzzada İsrail təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində 3 əməkdaşı həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a UNRWA-nın mətbuat xidmətindən məlumat verilib.

"İsrail təhlükəsizlik qüvvələri 5 iyul 2024-cü ildə anklavın ortasındakı humanitar yardım paylama mərkəzinə bitişik əraziyə idarə olunan raketlə zərbə endirib. 

Beləliklə, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin son eskalasiyası başlayandan bəri həlak olan UNRWA əməkdaşlarının sayı azı 197 nəfərə yüksəlib", - agentliyin məlumatında deyilir.