İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atəş açılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.

Məlumata görə, yerli sakinlər atəş, yüksək səslər və qışqırıqlar eşidiblər.

Bildirilib ki, Almaniya polisi atəş açılan ərazidə əməliyyat keçirir.

Hadisənin Münhendə 1972-ci il Yay Olimpiya Oyunları zamanı İsrail komandasının 11 üzvünün ölümü ilə nəticələnən terror aktının 52-ci ildönümü ilə bağlı həyata keçirildiyi qeyd olunur.

 

Sadiq Cavadov