Ukrayna Ali Radası ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak öz Teleqram kanalında məlumat verib.

Parlamentarin sözlərinə görə, 240 deputat Kulebanın istefaya göndərilməsinə müsbət səs verib.

Jeleznyak bildirib ki, Kuleba parlamentə gəlməyib.

Onun Ukraynanın NATO-ya üzvlük məsələsi ilə məşğul olacağı bildirilib.

Dmitri Kuleba diplomatik karyerasına 2003-cü ildə başlayıb. 2016-cı ildə o, Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi olub. 2020-ci ildə Ukraynanın xarici işlər naziri olub.

 

Sadiq Cavadov