Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda “Şəhidlər abidəsi” inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, abidənin 0.6 ha torpaq sahəsində tikilməsi nəzərdə tutulub.

“Şəhidlər abidəsi”nin layihələndirilməsi işləri "Hinal Proje" MMC-yə həvalə olunub.

Kəngərli Rayon İcra Hakimiyyəti ilə şirkət arasında layihələndirmə ilə bağlı müqavilə bağlanılıb.