İranın Abadan şəhərindəki Neft Emalı zavodunda işləyən fəhlələr aprelin 21-də iş yerlərində tətil keçiriblər.

İqtisadiyyat.az xəbər verir ki, tətil zavodda fəaliyyət göstərən “Eliksir Sanat” Layihə şirkətinin işçilərinin mərkəzi aparatı tərəfindən elan edilib.

Bildirilib ki, etiraz aksiyasına səbəb fəhlələrə 2023-cü ildə əməkhaqqı artımı ilə bağlı vədin yerinə yetirilməməsidir.