iPhone və iPad-ın dizayneri Ferrari ilə əməkdaşılıq edəcək.

Coni Ayvanın studiyası İtaliya brendi ilə uzunmüddətli müqavilə bağlayıb.

Coni Ayva 2019-cu ilə qədər Apple-də baş dizayner vəzifəsində çalışıb. O, İPhone və İPad-ın dizaynının üzərində işləyib.

C.Ayva Apple-dən çıxandan sonra yeni LoveFrom studiyası təsis edib. Buna baxmayaraq İT hegemonu dizaynerlə əməkdaşlığa davam etdirir.

Bundan sonra avtomobil brendi Ferrari də dizaynerin xidmətindən istifadə edəcək.