Yaponiyanın avtomobil istehsalçısı “Honda” 788 min avtomobilini geri çağırıb.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bu addıma səbəb avtomobillərin yük yerindəki problemlərdir.

Geri çağırılan avtomobillərin təxminən 725 mini ABŞ-dadır.

“Passport”, “Pilot” və “Ridgeline” avtomobillərinin istehsal ili modeldən asılı olaraq 2016-2019-cu illər arasında dəyişir.